DÜNYA
İzmirdə partlayış törədən terrorçulardan ikisi məhv edilib [YENİLƏNİB-2 VİDEO]
İlkin məlumata görə, partlayış nəticəsində ikisi polis əməkdaşı olmaqla, yeddi nəfər xəsarət alıb.
X X X
18:03
Hadisədən dərhal sonra həyata keçirilən əməliyyat nəticəsində partlayışı törədən terrorçulardan ikisi məhv edilib. Bir terrorçunun yaxalanması üçün əməliyyatlar davam etdirilir.
Hazırda hadisənin baş verdiyi ərazi istiqamətində nəqliyyatın hərəkəti dayandırılıb.
X X X
17:33
Bakı, 5 yanvar, AZƏRTAC
Yanvarın 5-də Türkiyənin İzmir şəhərində ədliyyə idarəsinin binası qarşısında partlayış baş verib.
AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, hadisə yerinə dərhal təhlükəsizlik qüvvələri və təcili tibbi yardım maşınları cəlb olunub.