SİYASƏT
İzmirdə təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirilib
İzmir, 2 noyabr, AZƏRTAC
Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev İzmir Böyükşəhər Bələdiyyəsinin sədri Aziz Kocaoğlu, İzmir şəhər Karabağlar Rayon Bələdiyyəsinin sədri Muhittin Selvitopu, bu vilayətdəki müxtəlif ali məktəblərdə təhsil alan azərbaycanlı tələbələr ilə görüşüb.
Görüşlərdə iqtisadiyyatın ayrı-ayrı sahələrinə qarşılıqlı sərmayə qoyuluşu, turizm imkanlarından istifadə olunması məsələlərinə dair səmərəli fikir mübadiləsi aparılıb.
Baş konsul Karabağlar rayon ərazisində “Azərbaycan–Qarabağ–Xocalı” Parkının salınmasına görə M.Selvitopuya təşəkkürünü bildirib.
Azərbaycanlı tələbələrlə keçirilən görüşdə M.Hacıyev onları maraqlandıran sualları cavablandırıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İzmir