DÜNYA


“JAK-40” TƏYYARƏSİ ŞƏXSİ HEYƏTİN GÜNAHI UCBATINDAN QƏZAYA UĞRAMIŞDIR

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, bu il yanvarın 13-də Daşkənd aeroportunda “JAK-40” təyyarəsinin qəzaya uğramasının səbəblərini araşdıran hökumət komissiyasının qərarı elan edilmişdir. Qərarda deyilir ki, təyyarə aeroportun enmə zolağına yaxınlaşarkən mühərrik və radiotexniki cihazlar normal işləmiş, yanğın olmamışdır. Terror aktı törədilməsi də istisna edilir. Təyyarə qəzası enmə vaxtı şəxsi heyətin səhvi ucbatından baş vermişdir. Belə ki, pilotlar təyyarəni nəzərdə tutulduğundan tez endirmiş, beləliklə də təyyarə beton hasara dəyərək partlamışdır.

Xatırladaq ki, qəzada 37 nəfər həlak olmuşdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.