SİYASƏT
JAK ŞİRAK: TÜRKİYƏNİN AVROPA BİRLİYİNƏ DAXİL OLMASI ARZUOLUNANDIR
Türkiyənin Avropa Birliyinə üzvlüyə qəbulu məsələsindən bəhs edərkən Fransa Prezidenti Türkiyənin Avropaya inteqrasiyasının uzun bir vaxt aparacağını və prosesin çətin olacağını söyləməklə yanaşı, bütün bunlara baxmayaraq, onun Avropa Birliyinə qəbulunun arzu olunduğunu bəyan etmişdir.
Jak Şirak Avropa Birliyinin meyarlarına uyğunlaşmaq sahəsində Türkiyənin mühüm addımlar atdığını vurğulamaqla bərabər, ölkəni qarşıda daha çox işlər gözlədiyini bildirmişdir.
Fransa Prezidenti Türkiyənin zəruri islahatları həyata keçirib keçirməməsi barədə oktyabr ayında Avropa Komissiyasının məlumatının dinləniləcəyini, bu məsələ ətrafında müzakirələrin qızğın və çətin olacağını xatırlatmışdır.
İngiltərənin Baş naziri Toni Bleyer də Türkiyənin Avropa Birliyinə daxil olmasının zəruriliyini bildirmişdir.