İQTİSADİYYAT


JICA-nın nümayəndələri yerli KOB-lara dəstək mexanizmləri ilə tanış olublar

Bakı, 24 may, AZƏRTAC

Azərbaycanın mikro, kiçik və orta sahibkarlıq sahəsində təcrübəsinin paylaşılması istiqamətində görüşlər və tədbirlər davam etdirilir. Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JICA) Gürcüstan ofisinin nümayəndələri ölkəmizə səfər çərçivəsində KOB-lara göstərilən dəstək və xidmətlərlə yerində tanış olublar.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, Xaçmaz KOB evində olan JICA-nın nümayəndələrinə KOB evlərinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) strukturuna daxil olduğu barədə məlumat verilib. Hazırda Xaçmaz və Yevlax şəhərlərində olmaqla iki KOB evi fəaliyyət göstərir. “Xaçmaz KOB evi”ndə dövlət və özəl qurumlar tərəfindən sahibkarlara 250-dək xidmət göstərilir. 2021-ci ildə “Xaçmaz KOB evi”nə 27 mindən çox biznes subyekti və potensial sahibkar tərəfindən müraciət edilib. Sahibkarların xidmətlərdən məmnunluq səviyyəsi 98 faiz təşkil edir. Yaxın vaxtlarda “Bakı KOB evi” də sahibkarların istifadəsinə veriləcək. “Xaçmaz KOB evi”ndə sahibkarlara biznes təlimlər keçən və məsləhət xidmətləri göstərən KOB İnkişaf Mərkəzi (KOBİM) və sahibkarlara yerində xidməti təmin edən KOB dostu ofisi də fəaliyyət göstərir. Hazırda KOBİM-lər ölkənin 21, KOB dostu şəbəkəsi isə 33 şəhər və rayonunu əhatə edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.