REGİONLAR


Jalə Təbrizli: Ümid edirəm ki, azad olunmuş torpaqlarımız əvvəlkindən gözəl olacaq VİDEO

Jalə Təbrizli: Ümid edirəm ki, azad olunmuş torpaqlarımız əvvəlkindən gözəl olacaq VİDEO

Ağdam, 28 noyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Ağdamda gördüklərim mənə çox təsir elədi. Buradakı dağıntılar ürək yandırır.

Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında “Ərk” İnsan Hüquqları Müdafiə Komitəsinin sədri Jalə Təbrizli söyləyib.

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan dövlətinin apardığı tikinti-bərpa işlərinin şahidi olduğunu bildirən tədqiqatçı otuz il düşmən tapdağı altında qalmış torpaqlarımızın əvvəlkindən daha gözəl olacağına, hər kəsin tezliklə öz doğma yurd-yuvasına qayıdacağına əminliyini bildirib.

“Atam biz uşaq ikən “Qarabağ şikəstəsi”nə qulaq asar, gözlərinin yaşını silərdi. Biz yaşlandıqca bunun mənasını daha dərindən anladıq”, - deyə Jalə Təbrizli diqqətə çatdırıb.

Qeyd edək ki, noyabrın 28-də Təbriz əsilli və hazırda Fransada yaşayan azərbaycanlı tədqiqatçılar (insan hüquqlarının müdafiəçiləri) Ermənistanın işğalından azad olunmuş Ağdam şəhərinə səfər ediblər. Onlar Ermənistan silahlı qüvvələrinin Ağdamda törətdiyi vəhşiliklərlə, eləcə də şəhər işğaldan azad olunandan sonra Azərbaycan dövlətinin həyata keçirdiyi tikinti-quruculuq işləri və Ağdam rayonu ərazisində ANAMA tərəfindən aparılan minatəmizləmə əməliyyatları ilə tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.