DÜNYA


Jan-Klod Yunker: Avropa İttifaqı Brexit prosesini sürətləndirmək niyyətində deyil

Bakı, 16 aprel, AZƏRTAC

Avropa İttifaqı Böyük Britaniyanın Aİ-nin tərkibindən çıxması prosesini sürətləndirmək niyyətində deyil və nizamsız çıxışın mümkünlüyünə hazırlaşaraq Londonun bu barədə qərarını gözləyir.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu fikri Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker Strasburqda Avropa Parlamentinin seçkilərdən öncəki son sessiyasında səsləndirib.

“Avropa İttifaqı Böyük Britaniyaya qapını göstərməyəcək. Aİ Brexit prosesini sürətləndirməyəcək və gözləmə mövqeyində dayanacaq. Qərarı London verməlidir, nə qədər tez olsa, bir o qədər yaxşıdır”, - deyə Yunker bildirib.

“Biz sazişsiz Brexit prosesinə hazırıq və lazımi tədbirləri görmüşük”, - deyə Avropa Komissiyasının rəhbəri əlavə edib.

Xatırladaq ki, Aİ ölkələrinin aprelin 10-da keçirilən sammitində Böyük Britaniyada mayın 23-26-da Avropa Parlamentinə seçkilərin keçirilməsi şərti ilə Brexit prosesinin oktyabrın 31-dək təxirə salınması imkanları barədə qərar qəbul olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.