DÜNYA


Jan-Klod Yunker: Rumıniya Avropa İttifaqı Şurasına sədrlik etməyə hazır deyil

Buxarest, 1 yanvar, AZƏRTAC

Avropa Komissiyasının sədri Jan-Klod Yunker Rumıniyanın yanvarın 1-dən başlayaraq Avropa İttifaqı Şurasına sədrlik etməyə hazır olmadığını bildirib. J.Yunker vurğulayıb ki, öz arzularını geridə qoyub digərlərinə qulaq asmaq sədr olacaq ölkə üçün prioritetdir. Bu baxımdan Rumıniya ilə bağlı şübhələrinin olduğunu diqqətə çatdırıb. AK sədri deyib ki, Rumıniya daxilində möhkəm cəbhə olmalıdır, bu isə öz növbəsində, Aİ Şurası daxilində birliyi təşviq etməlidir.

Avropa İttifaqına üzv ölkələr yarım il ərzində Aİ Şurasına sədrlik hüququ qazanırlar. Rumıniya Avstriyanın sədrliyi bitdikdən sonra yanvarın 1-dən Aİ Şurasına sədrlik edəcək.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.