MƏDƏNİYYƏT
Jan-Mari Sadovniqzi: Reza Deqatinin fotolarında gizlədilən reallıqları görürük VİDEO
Şatovilən, 6 iyul, AZƏRTAC
“Dünyanın mənşəyi” beynəlxalq sərgi çərçivəsində fotoqraf-jurnalist Reza Deqatinin əsərləri ilə tanışlıq imkanım oldu. Onun fotoları mənə çox təsir etdi. Münaqişə olan ölkələrdə azyaşlıların əzablarını əks etdirən fotolar məni çox təsirləndirdi.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Reza Deqatinin fotosərgisinin ziyarətçisi Jan-Mari Sadovniqzi deyib.
“Onun fotolarına baxanda müxtəlif ölkələrdə insanların əzablarını görürük. Bu ölkələrdə fotoların əks etdirdiyi əzab-əziyyətlər bizlərə olduğu kimi çatdırılır. Fotolar vasitəsilə görürük ki, bir çox ölkələrdə olan reallıq bizlərə gəlib çatmır. Ölkələr haqqında əsl məlumatları öyrənməliyik. Burada sərgilənən fotolar ölkələrin reallıqları ilə bağlı bizi məlumatlandırdı. Bu sərgidə nümayiş olunan fotolar vasitəsilə insanların əzablarını gördüm, bu reallıqları az adam bilir.
Reza fotoları vasitəsilə dünyada olan dəhşətlərə etirazını bildirir. Fotolar bəzi xalqların əzab çəkdiyini aydın əks etdirir. Bəzi fotolara emosiyasiz baxmaq olmur. Xüsusilə də, münaqişə zonalarında azyaşlıların yaşadığı əzablar məni çox kədərləndirdi, emosiyalarıma sahib ola, göz yaşlarımı saxlaya bilmədim”, - deyə J.M.Sadovniqzi bəzi şəkilləri göstərərək qəhərlənib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Şatovilən