SİYASƏT


Jan Perrən: Heydər Əliyev kimi böyük şəxsiyyətlərin layiqli qiymətini zaman verir VİDEO

Paris, 11 may, AZƏRTAC

Mən Heydər Əliyev haqqında çox eşitmişəm. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra Fransanın bu ölkədə ilk səfiri mən oldum. Həmin vaxt Azərbaycan çətin vəziyyətdə, hətta parçalanmaq təhlükəsi ilə üz-üzə idi. Mənim Heydər Əliyev kimi böyük şəxsiyyəti görmək istəyim bitib-tükənmirdi.

Bu fikirləri ulu öndər Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr edilmiş anım tədbirində Fransanın ölkəmizdə ilk səfiri olmuş Jan Perrən AZƏRTAC-a müsahibəsində söyləyib.

Jan Perrən qeyd edib ki, o, Heydər Əliyevi görmək üçün Naxçıvana gedən ilk səfir olub. Naxçıvan səfəri onun xatirəsində daim qalır. Həmin səfərdən sonra Heydər Əliyevlə əlaqələri yaranıb. “Naxçıvanda Heydər Əliyevdən ayrılarkən onu tezliklə Bakıda yenidən görmək arzumu bildirdim və bu arzum qısa müddətdən sonra gerçəkləşdi”, - deyə o bildirib.

Keçmiş səfir vurğulayıb ki, Azərbaycanı Fransaya Heydər Əliyev tanıdıb. O, Ulu Öndərin Fransaya ilk səfərindən, erməni lobbisinin ölkəmiz əleyhinə apardığı təbliğatdan söz açıb. Bildirib ki, o vaxt Azərbaycanı çətin vəziyyətdən, parçalanmaq təhlükəsindən yalnız böyük siyasi xadim Heydər Əliyev çıxara bilərdi. O, hakimiyyətə gələndən sonra Azərbaycanda tərəqqinin şahidi olduq. Ölkə bütün sahələrdə dirçəlməyə başladı. Hər hansı bir ölkədə vəziyyət ağır olanda güclü və nüfuzlu şəxsiyyətlərə bir o qədər çox ehtiyac olur.

Jan Perrən bildirib ki, Azərbaycanı böhrandan çıxarmaq asan deyildi. İlk növbədə, qonşu ölkələrlə münasibətləri qoruyub saxlamaq və tarazlı siyasət aparmaq lazım idi. Heydər Əliyev ölkəni böhrandan çıxardı və layiq olduğu nüfuzu qazandı. “Əsrin müqaviləsi” müasir Azərbaycanın inkişafına zəmin yaratdı, ölkəni iqtisadi baxımdan dirçəltdi və beynəlxalq aləmdə tanıtdı. Heydər Əliyev kimi böyük şəxsiyyətlərin layiqli qiymətini zaman verir.

 

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.