SİYASƏT


Jan Perrən: Prezident İlham Əliyev Ulu Öndərin ən ümdə arzusunu reallaşdırdı

Paris, 11 may, AZƏRTAC

Heydər Əliyev haqqında eşitdikdən sonra belə bir böyük şəxsiyyəti görmək istəyim bitib-tükənmirdi. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra Fransanın bu ölkədə ilk səfiri təyin olundum. Həmin vaxt Azərbaycan çətin vəziyyətdə, hətta parçalanmaq təhlükəsi ilə üz-üzə idi.

Bu fikirləri ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş anım tədbirində Fransanın ölkəmizdə ilk səfiri olmuş Jan Perrən AZƏRTAC-a müsahibəsində söyləyib.

Sabiq səfir bildirib ki, o, həmin çətin vaxtlarda Heydər Əliyevi görmək üçün Naxçıvana gedən ilk səfir olub. Naxçıvan səfəri onun xatirəsində daim qalmaqdadır. Həmin səfərdən sonra Heydər Əliyevlə mütəmadi olaraq görüşüb. J.Perrən qeyd edib ki, Naxçıvanda Heydər Əliyevdən ayrılarkən onu tezliklə Bakıda yenidən görmək arzusunu ifadə edib və onun bu arzusu qısa müddətdən sonra gerçəkləşib.

Səfir Azərbaycanı Fransaya Heydər Əliyevin tanıtdığını vurğulayaraq, Ulu Öndərin bu ölkəyə ilk səfərindən, erməni lobbisinin Azərbaycan əleyhinə apardığı təbliğatdan söz açıb. Qeyd edib ki, o vaxt Azərbaycanı çətin vəziyyətdən, parçalanmaq təhlükəsindən yalnız böyük siyasi xadim Heydər Əliyev çıxara bilərdi. O, hakimiyyətə gələndən sonra Azərbaycanda tərəqqinin şahidi olduq. Ölkə bütün sahələrdə dirçəlməyə başladı.

Jan Perrən bildirib ki, Heydər Əliyev ölkəni böhrandan çıxardı və ona layiq olduğu nüfuzu qazandırdı. “Əsrin müqaviləsi” müasir Azərbaycanın inkişafına zəmin yaratdı, ölkəni iqtisadi baxımdan dirçəltdi və beynəlxalq aləmdə tanıtdı. Heydər Əliyev kimi böyük şəxsiyyətlərin layiqli qiymətini zaman verir.

Diplomat vurğulayıb ki, Azərbaycanın müstəqilliyi, torpaqların azad olunması Ulu Öndərin ümdə arzusu idi. Prezident İlham Əliyev Ulu Öndərin ən ümdə arzusunu reallaşdırdı, Azərbaycan torpaqlarını işğaldan azad etdi.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.