SİYASƏT


Jan-Pyer Luçiani: Korsika dilinin istifadəsi ilə bağlı qərar diskriminasiyadır

Jan-Pyer Luçiani: Korsika dilinin istifadəsi ilə bağlı qərar diskriminasiyadır

Paris, 16 mart, AZƏRTAC

Korsika dilinin istifadəsi ilə bağlı qərar bu dilə qarşı diskriminasiyadır və onu pisləyirəm.

Bu fikirləri korsikalı Jan Pyer Luçiani AZƏRTAC-a müsahibəsində deyib. Bildirib ki, Korsika dilinin yoxa çıxması ilə bağlı UNESCO da həyəcan təbili çalır. Dil vacib atributlardandır. Korsika Assambleyası asanlıqla bunu qəbul etməyəcək və Korsika dilinin istifadəsi ilə bağlı müzakirələri davam etdirəcək. Korsika dilinin istifadəsi ilə bağlı qərar korsikalılara qarşı diskriminasiyadır.

BMT və Avropa İttifaqının milli azlıqlar və onların dilləri ilə bağlı rəsmi sənədlərinə, xartiyalarına toxunan J.Luçiani qeyd edib ki, Fransa sərhədlərindən kənarda - digər ölkələrdə insan hüquqlarının böyük müdafiəçisidir, öz ərazisində yox.

Korsikanın yüksəkvəzifəli məmurları - Assambleyasının üzvləri adanın dilinin, mədəniyyətinin inkişafını, siyasi muxtariyyətini tələb edir və bu istiqamətdə çalışır. Korsika xalqının olduğu kimi tanınmasını istəyirlər.

Korsikanın tanınmayan adası, bayrağı var, Korsikada milli reallıq var. Korsikada milli hisslər güclüdür.

Fransa Polineziyası sakinlərinin 2 vətəndaşlığı -Polineziya və Fransa var. Bu heç bir problem yaratmır və Korsikaya da tətbiq oluna bilər, ancaq Korsikaya bu imkan verilmir.

Korsika dilinin rəsmiliyi ilə fransız dilinin rəsmiliyi fərqlidir və bir-birinə mane olmur. Fransız dili bütün Fransa ərazisində rəsmi dil hesab olunur. Korsikada iki dil rəsmi dil ola bilər, ancaq Fransa dövləti buna icazə vermir.

Qonşu ölkələrdə - İsveçrə, İspaniya kimi ölkələrdə rəsmi olaraq bir neçə dildən istifadə olunur, bununla bağlı heç bir qadağa yoxdur. Ancaq Fransa yalnız bir dilin - fransız dilinin rəsmi dil kimi istifadəsinə məcbur edir. Bu isə aydın diskriminasiyadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.