SİYASƏT


Jan-Rene Furniye: Azərbaycanda gördüyüm infrastruktura heyran qaldım

Bakı, 10 oktyabr, AZƏRTAC

Azərbaycanda gördüyüm infrastruktura heyran qaldım.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində İsveçrə Konfederasiyası Kantonlar Şurasının sədri Jan-Rene Furniye deyib.

“Sizin çox müdrik Prezidentiniz var”, - deyən Kantonlar Şurasının sədri Azərbaycanın bir çox layihələrin təşəbbüskarı olduğunu bildirib.

Kantonlar Şurasının sədri vurğulayıb ki, İsveçrə ilə Azərbaycan arasında oxşarlıqlar çoxdur. Biz böyük güclərlə əhatə olunmağımıza baxmayaraq, iqtisadi gücümüzün hesabına müstəqilliyimizi qoruya bilirik. Azərbaycan bizim üçün dost ölkədir. Biz bu ölkə ilə uzun illərdir əməkdaşlıq qurmuşuq və əlaqələrin daha da inkişafına səy göstəririk.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.