MƏDƏNİYYƏT


Jan dö Dröy: Mədəniyyət Mərkəzində Fransa ilə yanaşı, Azərbaycanın da ab-havasını duydum

Paris, 16 sentyabr, AZƏRTAC 

“Avropa İrs Günləri” çərçivəsində Azərbaycan səfirliyinin Mədəniyyət Mərkəzində təşkil edilmiş “açıq qapı” gününü yüksək dəyərləndirirəm. Təşkilatçılar ziyarətçilərə ölkənizlə tanış olmaq imkanı yaratdılar, zəngin mədəniyyətiniz haqqında ətraflı məlumat verdilər.

Bu fikri AZƏRTAC-a müsahibəsində “Avropa İrs Günləri” çərçivəsində Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzini ziyarət etmiş Jan dö Dröy deyib.

Bildirib ki, bu gün əsl sarayı kəşf edib və Mədəniyyət Mərkəzində aparılan bərpa işlərinin keyfiyyətinə valeh olub. Burada özünü göstərən harmoniya göz oxşayır: həm divarlarda, həm mebellərdə, habelə parçalar və rənglər yüksək zövqlə seçilib. Biz fransızlar irs abidələrinə, xüsusilə də onların restavrasiyasına çox həssasıq.

“Bu mərkəzdə Fransa ilə yanaşı, Azərbaycanın da ab-havasını duydum. Belə ki, bəzi məqamlarda ölkənizə məxsus çalarları gördüm. Azərbaycan incəsənəti və mədəniyyətinə həsr edilmiş muzeyi çox sevdim, maraqlı idi. Fotosərgi vasitəsilə Bakıya sanki səyahət etdik. Təşkilatçılara təşəkkür edirəm” - deyə J. Dröy vurğulayıb.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.