MƏDƏNİYYƏT
“Jara-2018” Beynəlxalq Musiqi Festivalının sonuncu gününün konsert proqramı təqdim edilir VİDEO
Bakı, 29 iyul, AZƏRTAC
İyulun 29-da Bakıda, “Sea Breeze Resort” istirahət mərkəzində “Jara-2018” Beynəlxalq Musiqi Festivalının dördüncü - sonuncu gününün konsert proqramı təqdim edilir. Bənzərsiz ifalar, duetlər, rəqslər, fərqli dekorasiyalar tamaşaçıların zövqünü oxşamaqdadır. “Jara” musiqinin dili ilə sərhədləri aradan qaldırır, insanları bir araya gətirir.
AZƏRTAC xəbər verir ki, festivalın sonuncu günündə Valeri Meladzenin, Lyubov Uspenskayanın yaradıcılıq gecələri keçiriləcək. Habelə A’Studio, Denis Klyaver, EMIN, LOBODA, MBAND, Aleksandr Panayotov, Aleksey Çumakov, Albina Canabayeva, Anjelika Aqurbaş, Ani Lorak, VIA Qra, Vera Brejneva, Qlyuk’oza, Qriqori Leps, Danil Buranov, Diana Arbenina, İrina Dubtsova, Polina Qaqarina, Slava, Soso Pavliaşvili, Timur Rodrigez, Yuliya Kovalçuk və başqalarının ifaları təqdim ediləcək.
Festivalın təşkilatçıları müğənni və bəstəkar, Azərbaycanın Xalq Artisti Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.