MƏDƏNİYYƏT


“Jara-2018”in dördüncü günündə tamaşaçıları görkəmli sənətkarların yaradıcılıq gecələri gözləyir

Bakı, 29 iyul, AZƏRTAC

İyulun 29-da “Jara-2018” Beynəlxalq Musiqi Festivalının sonuncu - dördüncü gününün proqramı olduqca zəngin və maraqlıdır.

AZƏRTAC xəbər verir ki, festival çərçivəsində Valeri Meladzenin, Lyubov Uspenskayanın yaradıcılıq gecələri təşkil olunacaq. Habelə A`Studio, Denis Klyaver, EMIN, LOBODA, MBAND, Aleksandr Panayotov, Aleksey Çumakov, Albina Canabayeva, Anjelika Aqurbaş, Ani Lorak, VIA Qra, Vera Brejneva, Qlyuk’oza, Qriqori Leps, Danil Buranov, Diana Arbenina, İrina Dubtsova, Polina Qaqarina, Slava, Soso Pavliaşvili, Timur Rodrigez, Yuliya Kovalçuk və başqalarının ifaları təqdim ediləcək.

Festivalın təşkilatçıları müğənni və bəstəkar, Azərbaycanın Xalq Artisti Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.