MƏDƏNİYYƏT
“Jara – 2019”un üçüncü günü maraqlı təqdimat və ifalarla tamaşaçılara xoş anlar yaşadacaq
Bakı, 27 iyul, AZƏRTAC
“Jara-2019” Beynəlxalq Musiqi Festivalının üçüncü günü də maraqlı təqdimat və ifalarla tamaşaçılara xoş anlar yaşadacaq.
AZƏRTAC xəbər verir ki, “Sea Breeze Resort” istirahət mərkəzində keçirilən festivalın üçüncü günü – iyulun 27-də çıxış edəcək tanınmış sənətçilər repertuarlarında hit olan mahnılarla tamaşaçılara əsl bayram əhval-ruhiyyəsi bəxş edəcəklər.
Bu gün tanınmış ifaçılar Emin Ağalarov, Qriqori Leps, Vladimir Kuzmin, Natalya Podolskaya, Aleksandr Buynov, Aleksandr Şoua, Vladimir Presnyakov, Alyona Apina, Aleksandr Malinin, Layma Vaykule, Seryoqa, Aleksandr İvanov və “Rondo”, Anna Sedokova, İrina Dubtsova, Zara, Lyubov Uspenskaya, Brendon Stoun, Jasmin, Anita Tsoy, İntars Busulis, İrina Nelson, Nataşa Korolyova, Mitya Fomin və “Hi-Fi”, Slava, İqor Nikolaev, Denis Klyaver, Valeriya, Aleksey Çumakov, Yuliya Kovalçuk, Tomas Neverqreen, Stas Pyexa, Dilarə Kazımova, Maşa Veber və MBAND, “Ruki vverx”, “Na-na”, “Zemlyane”, “Queens” qrupları çıxış edəcək.
Qeyd edək ki, hər dəfə maraqlı təqdimatlarla tamaşaçıları heyrətləndirən festivala ildən-ilə maraq artmaqdadır. Festival iştirakçıları Bakıda keçirilən bu musiqi bayramında böyük həvəslə iştirak etdiklərini dönə-dönə söyləyirlər.
Xatırladaq ki, festivalın təşkilatçıları müğənni və bəstəkar, Azərbaycanın Xalq artisti Emin Ağalarov, Rusiyanın Əməkdar artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.