İDMAN


Jarell Miller Entoni Joşuanı qadağan olunmuş preparatdan istifadə etməkdə günahlandırıb

Bakı, 20 fevral, AZƏRTAC

Amerikalı boksçu Jarell Miller dünya çempionu britaniyalı Entoni Joşuanı qadağan olunmuş preparatdan istifadə etməkdə günahlandırıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Miller bu fikirləri Nyu-Yorkda təşkil edilən birgə mətbuat konfransında səsləndirib. Britaniyalı boksçunun nümayəndəsi isə ittihamların yalan olduğunu söyləyib.

Qeyd edək ki, Millerlə Entoni Joşua arasında döyüş iyunun 1-də Nyu-Yorkda baş tutacaq. Hər iki boksçu məğlubedilməzliyi ilə tanınır. Entoni üçün bu qarşılaşma Böyük Britaniyadan kənarda keçiriləcək ilk döyüş olacaq.

İyirmi doqquz yaşlı Joşua 22 döyüşün 21-də nokautla qələbə qazanıb. Otuz yaşlı Miller isə 23 qarşılaşmanın 22-də qələbə qazanıb (20-si nokautla), biri heç-heçə başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.