MƏDƏNİYYƏT


Jaume Balageronun “Venera” bədii filmini Toronto Beynəlxalq Film Festivalında

Bakı, 8 avqust, AZƏRTAC

İspan rejissoru Jaume Balageronun “Venera” bədii filmi sentyabrın 8-dən 18-dək keçiriləcək “Toronto Beynəlxalq Film Festivalı”nda (TIFF) nümayiş ediləcək. Festivalda, həmçinin Albert Serranın “Huzur” ekran əsəri də proyeksiya olunacaq.

AZƏRTAC EFE agentliyinə istinadla xəbər verir ki, Ester Eksposito, Anxela Kremonte və Maqui Miranın çəkildiyi “Venera” filmi festivalın qorxu kinosuna həsr olunmuş “Midnight Madness” proqramı çərçivəsində göstəriləcək.

Filmin rejissoru Jaume Balagero “Venera”nı həddindən artıq dəhşətli, şiddətli və “çirkli” film kimi xarakterizə edib.

Digər tərəfdən Fransa, İspaniya, Almaniya və Portuqaliyanın birgə istehsalı olan “Huzur” filmi bu il Kann Festivalında ilk dəfə nümayiş olunandan sonra festivalın “Wavelengths of Toronto” proqramı çərçivəsində Şimali Amerika kinosevərləri üçün təqdim olunacaq.

Kanadanın “Toronto Beynəlxalq Film Festivalı”, həmçinin Laura Baumaysterin debüt etdiyi tammetrajlı filmini də “TIFF Discovery” proqramına daxil edib.

Baumaysterin “Qəzəbli qız” ekran əsəri Nikaraquanın ən böyük zibilliyində anası ilə birlikdə sağ qalan 11 yaşlı bir qızın hekayəsindən bəhs edir.

Tammetrajlı filmlərə əlavə olaraq kinofestivalda “Dalğa uzunluğu” proqramı çərçivəsində argentinalı Pablo Mazzolonun “The Newest Olds” və meksikalı Cesika Sara və Luis Arniasın “Puerta a puerta” qısametrajlı filmləri nümayiş etdiriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.