SİYASƏT


“JerusalemOnline” Dağlıq Qarabağ münaqişəsini obyektiv işıqlandıran jurnalistlərin erməni lobbisinin təhdidləri ilə üzləşməsindən yazır

Bakı, 11 noyabr, AZƏRTAC

İsrailin “JerusalemOnline” portalında “Jurnalistlərə qarşı hücuma son qoyulmalıdır” sərlövhəli məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə jurnalist Reyçl Abraham Dağlıq Qarabağ münaqişəsini işıqlandırdıqdan sonra erməni diasporu tərəfindən təhdid və təhqirlərlə dolu mesajlar aldığını bildirir. O, həmçinin erməni diasporu tərəfindən təhdidlər alan digər jurnalistlərdən və hüquq müdafiəçilərindən bəhs edir.

Məqalədə bildirilir ki, İtaliyanın “La Republica” qəzetinin jurnalisti Peitro Del Re də öz fəaliyyətinə görə ermənilər tərəfindən hücumlara məruz qalıb. Fransanın “TF1” kanalının və ABŞ-ın “Nyu-York Times” qəzetinin jurnalistləri də erməni lobbisi tərəfindən hücum və təhdidlərlə üzləşib.

Yazıda, həmçinin Kaliforniyadakı türk restoranına edilən erməni vandal hücumlarının qəbuledilməz olduğu vurğulanır.

Qeyd edilir ki, hətta ABŞ-dan olan insan hüquqları müdafiəçisi Sarah Elizabeth Dill də erməni aqressivliyinin hədəfindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.