İQTİSADİYYAT


Jil Remi: Azərbaycanın hidrogen istehsalında böyük potensialı var

Bakı, 23 oktyabr, AZƏRTAC

Azərbaycanın alternativ enerji sahəsi üzrə hidrogen istehsalında böyük potensialı var.

Bu barədə “Rebuild Karabakh” sərgisi çərçivəsində “CIFAL” qrupunun prezident Jil Remi AZƏRTAC-a açıqlama verərkən deyib.

O bildirib ki, Fransada Azərbaycan şirkətləri neft-qaz və enerji sektoruna sərmayə yatıra bilərlər. Bu zaman onlar üçün bir sıra imkanlar yaranacaq. Birincisi, Fransada bu sahələr üzrə inkişaf üçün şanslardan yararlanmaqdır. İkincisi isə Fransada mövcud olan qabaqcıl texnologiyalar barədə məlumatlanıb, daha sonra Azərbaycanda bu texnologiyaların tətbiqini reallaşdırmaqdır.

“Azərbaycanın gələcəkdə alternativ enerji sahəsi üzrə hidrogen istehsalında da aparıcı rol oynamaq imkanı var. Hazırda Fransada bu sahədə yeni şirkətlər yaranır. Azərbaycan həmin şirkətlərlə əməkdaşlıq əlaqələri qura bilər”, - deyə “CIFAL” qrupunun prezidenti vurğulayıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.