SİYASƏT


Jil Remi: Ermənistan da anlayır ki, onun inkişafı yalnız regional əməkdaşlıq çərçivəsində mümkündür

Bakı, 26 oktyabr, AZƏRTAC

Son 30 il ərzində Fransa-Azərbaycan münasibətləri yüksək səviyyədə olub. Bu illər isə ölkələrimiz arasında əlaqələrin yeni mərhələsinə qədəm qoyuruq. Fransa ilə Azərbaycan arasında münasibətlər bütün sahələrdə daha da güclənəcək.

Bu sözləri “Rebuild Karabakh” sərgisi çərçivəsində AZƏRTAC-a müsahibəsində Fransanın “CIFAL” qrupunun prezidenti Jil Remi deyib.

Fransanın növbəti 6 ay üçün Avropa İttifaqı Şurasına sədrlik edəcəyini vurğulayan şirkət rəsmisi qeyd edib ki, hazırda Cənubi Qafqaz regionunda yeni bir reallıq yaranıb. Azərbaycan ərazi bütövlüyünü tam bərpa edib. Bölgədə daimi sülhə nail olmaq isə bütün Qafqaz xalqlarının, o cümlədən Ermənistanın marağındadır. Bu baxımdan, Ermənistan da anlayır ki, onun inkişafı yalnız regional əməkdaşlıq çərçivəsində mümkündür.

“Fransa ictimaiyyəti Qafqaz və Yaxın Şərq bölgələrini çox yaxından tanıyır. Həmçinin məlumdur ki, Azərbaycan müsəlman ölkəsi olaraq bütün dinlərə hörmətlə yanaşan tolerant ölkədir. Biz də Azərbaycan xalqının dostları olaraq Fransada bu istiqamətdə təbliğatımızı aparmaq niyyətindəyik”, - deyə Jil Remi bildirib:

Xatırladaq ki, hazırda Azərbaycanda 52 Fransa şirkəti fəaliyyət göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.