SİYASƏT


Joakinito Maria Aloqo Dö Obono: Korsikalıların hüquqları ilə bağlı dövlətin siyasi iradəsi çatmır

Joakinito Maria Aloqo Dö Obono: Korsikalıların hüquqları ilə bağlı dövlətin siyasi iradəsi çatmır

Paris, 16 mart, AZƏRTAC

Korsika dili ilə bağlı debatlar uzun illərdir ki, davam edir. İndi Korsika dilinin istifadəsinin qadağan edilməsi isə aydın şəkildə diskriminasiyanı göstərir. Ötən əsrin 80-ci və 90-cı illərində debatlar çox gərgin idi. Vaxtında müvafiq mexanizmlərin tərtib edilməməsi, bu məsələni daha aqressiv formada yenidən gündəmə gətirib.

Bu fikirləri Paris-Saclay Universitetinin beynəlxalq cinayət hüququ üzrə doktoru və Paris X Nanterre Universitetinin müəllimi Joakinito Maria Aloqo Dö Obono AZƏRTAC-a müsahibəsində deyib. Bildirib ki, Korsika dilinin istifadəsinin qadağan edilməsi korsikalılara qarşı diskriminasiyadır. Digər ölkələrdə çox kiçik sayda olan azlıqların hüquqları ilə maraqlansa da, daxildə belə məsələləri boğur.

Azlıqların hüquqlarını müdafiə edən çox sayda beynəlxalq konvensiyalar var. Belə sual doğur - Korsika xalqı özünəməxsusluğu və tarixinin vertikallığı ilə fransız tarixi ilə eynidir? Bu xalq dilini, mədəni irsini qoruyub saxlamamalıdırmı? Çünki onlar azlıqdır, onların dili yoxa çıxmaq təhlükəsindədir. Bəlkə də, tamamilə ölü dilə çevriləcək. Bu gün fransız cəmiyyətində 68 milyon olan əhalinin cəmi 300 mindən bir az çox olan korsikalılar dillərinin qorunub saxlanmasına, ondan istifadə etməyə layiqdirlər. Dilin ölməsi mədəniyyətin də ölməsi deməkdir, ona görə dil qorunub saxlanmalıdır. Bu məsələ ilə bağlı hüquqi baza yaradılmalıdır.

Bəzən hüquqi bazanın olması da kifayət deyil, onun səmərəliliyi olmalı və həyata keçirilməsi üçün siyasi iradə olmalıdır. Azlıqlarla bağlı belə hüquqi mətnlərin olması bəs etmir, onun tətbiqində siyasi iradə vacibdir. Korsika dili ilə bağlı yəqin ki, siyasi iradə çatmır. Siyasi iradə ən böyük meyardır.

Artıq ötən əsrdən başlamış bu məsələ ilə bağlı fransız qanunvericilərinin hələ də, onun nizamlanması üçün müəyyən mexanizmlər hazırlamaması da sual doğurur.

“Azlıqların əsas çətinlikləri onların səslərinin eşidilməməsidir. Fransada işə düzəlmə, azlığa mənsub olma ilə bağlı diskriminasiyalar da çoxdur. Bu diskriminasiyalar hansı səbəbdənsə mediada işıqlandırılmır. Hətta qeyd etmək lazımdır ki, Fransada yəhudilərin, müsəlmanların, afrikalıların müdafiəsi ilə bağlı liqalar yaradılıb. Bu liqaların mövcudluğu diskriminasiyanın mövcudluğunu sübut edir.

Bir neçə il öncə “sarı jiletlilər”lə bağlı BMT-də müzakirələr zamanı Argentinanın nümayəndəsi Fransanın bu təşkilatdakı nümayəndəsinə aydın demişdir ki, əvvəlcə öz qapının kandarın təmizlə, sonra digərlərindən tələb et. Fransa əvvəlcə daxilində müəyyən qaydalara riayət etməlidir. Digər ölkələrə dərs verməyə son qoymalıdır”, - deyə universitetin müəllimi qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.