İQTİSADİYYAT


Jofrua Ru de Beziö : Məqsədimiz Fransa ilə Azərbaycan arasında biznes əlaqələrini inkişaf etdirməkdir

Bakı, 10 iyul, AZƏRTAC

Mən Azərbaycana 60 şirkət rəhbərinin təmsil olunduğu böyük nümayəndə heyəti ilə gəlmişəm. Heyətdə təkcə neft sektorunu deyil, digər sahələri, o cümlədən tikinti, bank, rəqəmsal texnologiyalar və kənd təsərrüfatı sahələrini təmsil edən nümayəndələr var. Bizim məqsədimiz Azərbaycanın biznes potensialı ilə yaxından tanış olmaq və Fransa ilə ölkəniz arasında işgüzar əlaqələri inkişaf etdirməkdir.

Bu sözləri iyulun 10-da Azərbaycanda səfərdə olan Fransa Sahibkarlar Təşkilatı – MEDEF Biznes Şurasının prezidenti Jofrua Ru de Beziö AZƏRTAC-a məxsusi müsahibəsində söyləyib.

Jofrua Ru de Beziö bildirib ki, Fransa şirkətləri Azərbaycan üçün vacib olan istiqamətləri öyrənmək, bütün iqtisadi potensialdan istifadə etmək üçün Azərbaycanda aparılan islahatlarla və inkişaf prosesləri ilə yaxından tanış olmaq niyyətindədir. "Bu səfər çərçivəsində biz, həmçinin Prezident İlham Əliyevlə görüşdük. Cənab Prezident bizim müxtəlif sahələrə aid suallarımızı yüksək alicənablıqla cavablandırdı. Görüşdə kənd təsərrüfatı məhsullarının istehsalından tutmuş avtomobil yolları, rəqəmsal texnologiyalar ilə bağlı müxtəlif məsələləri müzakirə etdik", - deyə MEDEF Biznes Şurasının prezidenti qeyd edib.

Bu səfərin onun Avropa İttifaqından kənara ilk səfəri olduğunu vurğulayan fransalı qonaq deyib ki, o, ilk ölkə kimi Azərbaycanı seçib. Bu da fransız biznes ictimaiyyətinin Azərbaycana marağının göstəricisidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.