DÜNYA


“Johnson & Johnson” amerikalıya 8 milyard dollar təzminat ödəməlidir

Bakı, 9 oktyabr, AZƏRTAC

ABŞ-ın Pensilvaniya ştatının Filadelfiya məhkəməsi “Johnson & Johnson” kompaniyasını şizofreniya və biopolyar pozğunluğun müalicəsi üçün hazırladığı preparatın yan təsirindən zərər görən Merilend ştatının sakininə təzminat qismində 8 milyard dollar ödəməyə təhkim edib.

AZƏRTAC “Wall Street Journal” qəzetinə istinadla xəbər verir ki, iddiaçı Nikolas Mürrey öz şikayətində 2003-2008-ci illərdə həkimin göstərişi ilə “Risperdal” preparatını qəbul etdiyini və ginekomastiyaya (kişilərdə süd vəzisinin böyüməsi) məruz qaldığını bildirib.

Mürreyin fikrincə, kompaniyada preparatın yan təsirini bilsələr də, bu barədə həkimləri və pasiyentləri lazımi dərəcədə məlumatlandıra bilməyiblər.

2015-ci ildə məhkəmə bu iş üzrə ilk qərarını çıxararaq “Johnson & Johnson” kompaniyasını 1,75 milyard dollar təzminat ödəməyə təhkim etmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.
Bölmənin digər xəbərləri