DÜNYA


“Johnson & Johnson” koronavirusa qarşı peyvəndin üçüncü sınaq mərhələsinə keçib

Bakı, 23 sentyabr, AZƏRTAC

Amerikanın “Johnson & Johnson” əczaçılıq kompaniyası COVID-19 infeksiyasına qarşı peyvəndin klinik sınaqlarının üçüncü mərhələsinə başlayır.

AZƏRTAC Interfax agentliyinə istinadla xəbər verir ki, tədqiqatların yeni mərhələsində həm ABŞ-dan, həm də digər ölkələrdən 60 minə yaxın könüllü iştirak edəcək.

“Johnson & Johnson” ABŞ-da koronavirusa qarşı vaksinin üçüncü sınaq mərhələsinə başlayan dördüncü kompaniya olub.

Bir qədər əvvəl ABŞ Prezidenti Donald Tramp ölkədə vaksinin 2020-ci ildən xeyli tez istehsal olunacağını deyib. Onun sözlərinə görə, bu istiqamətdə ilk preparat çox güman ki, “Pfizer Inc” kompaniyasının hazırladığı peyvənd olacaq.

Eyni zamanda, sentyabr ayında “AstraZeneca” əczaçılıq kompaniyası “potensial izah olunmayan xəstəliyin” təhqiqatı ilə əlaqədar COVID-19 əleyhinə vaksinin klinik sınaqlarını dayandırıb.

Qeyd edək ki, mart ayının 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirus infeksiyasının yayılmasını pandemiya elan edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.