DÜNYA


“Johnson&Johnson” şirkəti: COVID-19-a qarşı vaksin meymunlar üzərində sınaqdan keçirilib

Bakı, 31 iyul, AZƏRTAC

“Johnson&Johnson” şirkətinin yaydığı məlumatda COVID-19-a qarşı hazırlanmış vaksinin meymunlar üzərində sınaqdan keçirildiyi bildirilib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, sınaq zamanı preparatın meymunları infeksiyadan qoruduğu müəyyən edilib.

Vaksin ABŞ-da və Belçikada insanlar üzərində də sınaqdan keçirilir. Tədqiqatda min nəfərədək sağlam könüllü iştirak edir. Şirkətin mütəxəssisləri sınaqların “üçüncü dövrəsini” sentyabrda aparmağı planlaşdırırlar.

Ağ Evin koronavirusun yayılmasına qarşı mübarizə üzrə koordinatoru Debora Birks “Fox News” telekanalının efirində bildirib ki, “Johnson & Johnson” şirkətinin hazırladığı vaksin məlum texnologiyaların tətbiqinə əsaslanıb. Onların təhlükəsiz olduğu məlumdur. Bu vaksin onunla maraq doğurur ki, preparatın yalnız bir dozası lazımdır. Meymunların virusdan qorunduğunu göstərmək kifayətdir. İşlənib hazırlanmaqda olan digər vaksinlərin təsir etməsi üçün iki doza lazımdır.

Cons Hopkins Universitetinin məlumatına görə, ABŞ-da yeni növ koronavirusa 4,47 milyon yoluxma halı qeydə olunub, bu xəstəlikdən 151,5 min nəfər ölüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.