SİYASƏT
Jose de Venesia: Azərbaycan qadınlarının seçkilərdə fəallığı təqdirəlayiqdir VİDEO
Bakı, 2 noyabr, AZƏRTAC
Azərbaycandakı parlament seçkilərini müşahidə edən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) və Mərkəzçi Asiya-Sakit okean Beynəlxalq Demokratları Təşkilatının (CAPDI) nümayəndələri yekun açıqlama ilə çıxış ediblər.
AZƏRTAC xəbər verir ki, nümayəndələr seçki prosesindən razılıqlarını ifadə ediblər. ICAPP-ın həmsədri Jose de Venesia seçkilərin şəffaf şəkildə keçirildiyini bildirib. O, müşahidə etdiyi məntəqələrdə əlverişli şəraitin yaradıldığını, seçkilərin beynəlxalq standartlara cavab verdiyini qeyd edib. Jose de Venesia xüsusilə vurğulayıb Azərbaycanda qadınların seçkilərdə fəal iştirakı təqdirəlayiqdir və bu, Asiya ölkələri üçün nümunə ola bilər.
ICAPP-ın həmsədri seçki günü səsvermə prosesini müşahidə etdiklərini, təsadüfi seçilmiş seçicilərlə, müşahidəçilərlə müsahibələr apardıqlarını qeyd edib. Həmçinin bir neçə seçki məntəqəsində səslərin sayılması prosesini də müşahidə etdiklərini söyləyib.
Mətbuat konfransında məntəqələrdə veb-kameraların quraşdırılmasının seçki prosesinin daha şəffaf keçirilməsinə imkan yaratdığı xüsusi vurğulanıb.
Bildirilib ki, builki parlament seçkiləri Azərbaycanda demokratiyanın əsaslarını daha da möhkəmləndirəcək. İnanırıq ki, noyabrın 1-də Azərbaycan xalqı tərəfindən verilən qərar onun gələcəyi üçün ən düzgün qərardır.