İDMAN


Joze Alesio Da Silva: Bu gün etdiyimiz səhvləri sabah təkrarlamamalıyıq

Bakı, 28 oktyabr, AZƏRTAC

Birinci hissədə çox pis oynadıq. Hər iki qolda ciddi səhvə yol verdik. Xüsusilə də, birinci qol zamanı hansısa real vəziyyət yox idi.

AZƏRTAC xəbər verir ki, bunu futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində Ukraynanın "Uraqan" komandasına məğlub olan "Araz-Naxçıvan"ın baş məşqçisi Joze Alesio Da Silva deyib.

Braziliyalı mütəxəssis bildirib ki, ikinci hissədə daha yaxşı çıxış etdik. Ancaq heyətimizin kasad olması özünü göstərdi. Əvəzetmələr zamanı fərqli variantları həyata keçirmək imkanım məhdud idi. Ramiz Çovdarov hələ tam formada deyil, buna rəğmən kömək etməyə çalışdı. Paltardəyişmə otağında uşaqlara dediklərimi fasilədən sonra tətbiq edə bildilər. Biz ikinci hissədə “Uraqan”dan daha yaxşı oynadıq.

"Rəqibimiz də yaxşı təşkilatlanmış komandadır. Heyət üzvləri gənc olsalar da, uzun müddətdir ki, bir yerdə çıxış edirlər. Bu gün də özlərini yaxşı tərəfdən göstərdilər. Əlbəttə, ilk oyunda uduzmaq yaxşı olmadı. Ancaq hələ mübarizə başa çatmayıb. Qarşıda iki oyunumuz var. “Uraqan” da bizim qədər oyun keçirəcək. Bu qarşılaşmalarda müəyyən sürprizlər qeydə alına bilər. Sabahkı oyunu düşünməli, sona qədər ümidimizi kəsməməli, mübarizəmizi davam etdirməliyik. Bu gün etdiyimiz səhvləri sabah təkrarlamamalıyıq. Yenə deyirəm, kimsə yekun nəticəni indidən deyə bilməz”.

"Uraqan"-"Araz-Naxçıvan" görüşü Ukrayna çempionunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qrupda keçirilmiş digər oyunda Kosova çempionu “Liqeni” Rumıniya təmsilçisi “Yunayted Galati”ni məğlub edib-6:4.

Qeyd edək ki, təmsilçimiz növbəti oyununu oktyabrın 29-da "Yunayted Galati"yə qarşı keçirəcək. Matç Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.