İDMAN


Joze Alesio Da Silva: Yaxşı nəticə qazanmaq üçün ciddi hazırlaşmalıyıq

Bakı, 19 oktyabr, AZƏRTAC

Xəbər verdiyimiz kimi, oktyabrın 18-də futzal üzrə Avropa çempionatının final mərhələsinin püşkü atılıb.

AZƏRTAC xəbər verir ki, Niderlandın Zeist şəhərində təşkil olunan püşkatma mərasimində iştirak edən Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva qrupumuzla bağlı fikrini bölüşüb: “Final mərhələsinə hər zaman güclü komandalar vəsiqə qazanır. Bunu nəzərə alsaq, burada asan rəqib, komanda axtarmağın mənası yoxdur. Normal qrupa düşmüşük. Bunu deməklə işimizin asan olacağına işarə etmirəm. Əksinə, çətin olacaq. Əslində, İspaniya arzulamadığım rəqibdir. Amma birinci səbətdə yer alan yığmaların biri qrupumuza düşməli idi, payımıza İspaniya düşdü. Yaxşı hazırlaşmalıyıq. Çünki komandalar bura yaxşı hazırlıq keçib gələcəklər və hər bir iştirakçının arzusu ən azı qrupdan növbəti mərhələyə vəsiqə qazanmaq olacaq”.

Braziliyalı mütəxəssis qeyd edib ki, şans hər zaman var. Hər oyunda meydana çıxan millilərin şansı 50 faizə bərabər olur. Qalır bu göstəricini xeyrinə dəyişmək. Yaxşı nəticə qazanmaq üçün ciddi hazırlaşmalıyıq.

Püşkə əsasən, millimiz “D” qrupunda Gürcüstan, Bosniya və Herseqovina və İspaniya komandaları ilə qarşılaşacaq. Bu qrupun oyunları Niderlandın Qroningen şəhərində keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.