İDMAN


Joze Morinyo Madridin “Real” klubunun qarşısına iki şərt qoyub

Bakı, 9 yanvar, AZƏRTAC

"Mançester Yunayted" klubunun sabiq baş məşqçisi Joze Mourinyo Madridin “Real” klubuna qayıtmağa hazırdır.

AZƏRTAC "Mundo Deportivo"ya istinadla xəbər verir ki, portuqaliyalı mütəxəssis Madrid klubunun prezidenti Florentino Pereslə bu barədə danışıb. O, Madridə iki şərtlə qayıda biləcəyini söyləyib. Mourinyo istəyir ki, qışda mərkəz yarımmüdafiəçi alınsın və komanda yeni hücumçu ilə güclənsin.

Qeyd edək ki, 55 yaşlı mütəxəssis 2010-2013-cü illərdə "Kral klubu"nu çalışdırıb. O, komandası ilə İspaniya çempionatının, kubokunun və super kubokunun qalibi olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.