İDMAN


Joze Mourinyo İspaniyada vergidən yayındığına görə 3,3 milyon avro cərimə edilib

Bakı, 5 fevral, AZƏRTAC

Portuqaliyalı futbol məşqçisi Joze Mourinyo İspaniyada vergidən yayındığına görə 3,3 milyon avro cərimə edilib.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, portuqaliyalı mütəxəssis 2011-ci ildə 1,6 milyon, 2012-ci ildə isə 1,7 milyon olmaqla ümumilikdə 3,3 milyon avro vergi ödəməkdən boyun qaçırıb.

Qeyd edək ki, 2018-ci ilin iyulunda J.Mourinyo vergi orqanlarına 400 min avro ödəyib.

O, məşqçilik karyerası ərzində Portuqaliyanın “Portu”, İtaliyanın “İnter”, İngiltərənin “Çelsi” və “Mançester Yunayted”, həmçinin İspaniyanın “Real” komandalarını çalışdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.