İDMAN


Joze Mourinyo XXI əsrin ən yaxşı məşqçisi seçilib

Bakı, 15 fevral, AZƏRTAC

XXI əsrin ən yaxşı məşqçilərinin siyahısı açıqlanıb.

AZƏRTAC xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) cədvəlinə Joze Mourinyo başçılıq edir. Portuqaliyalı mütəxəssis 2001-2020-ci illər üçün dünyanın ən yaxşı baş məşqçisidir. Onun hesabında 226 xalı var.

İkinci pillədə almaniyalı Yoahim Löv qərarlaşıb. Mütəxəssis bu müddətdə 213 xal toplayıb. Üçüncü pilləni şotlandiyalı Aleks Ferqyuson və Pep Qvardiola bölüşürlər. Hər iki mütəxəssisin 183 xalı var.

Qeyd edək ki, siyahıda 15 məşqçi yer alıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.