DÜNYA


Jozep Borrel: bütün ölkələr Rusiyadan sərbəst şəkildə ərzaq və gübrə ala bilər

Bakı, 20 iyun, AZƏRTAC

Rusiyadan ərzaq və gübrə almaq istəyən bütün ölkələr bunu sərbəst şəkildə edə bilərlər.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bunu Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirlərinin toplantısında iştirak etmək üçün Lüksemburqa gələn Aİ-nin xarici siyasət idarəsinin rəhbəri Jozep Borrel deyib.

O, həmçinin Avropa İttifaqının Ukrayna taxılının dəniz yolu ilə ixracının təmin olunması üzrə Ankara, Kiyev və Moskva arasında məsləhətləşmələr çərçivəsində BMT-nin səylərini tam dəstəklədiyini bildirib.

Jozep Borrel dünyada dərinləşən ərzaq böhranının Avropa İttifaqının sanksiyaları səbəbindən baş vermədiyi barədə Brüsselin mövqeyini bir daha vurğulayıb. “Avropa İttifaqının sanksiyaları gübrə və qida məhsullarına şamil edilmir, onları almaq istəyən bütün dövlətlər bunu tam sərbəst şəkildə edə bilər”, - deyə o qeyd edib.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.