MƏDƏNİYYƏT


“Junior Eurovision 2021” mahnı müsabiqəsində ölkəmizi Sona Əzizova təmsil edəcək VİDEO

Paris, 3 dekabr, AZƏRTAC

Dekabrın 19-da Parisdə keçiriləcək “Junior Eurovision 2021” mahnı müsabiqəsində Azərbaycanı Sona Əzizova təmsil edəcək.

AZƏRTAC xəbər verir ki, bu Azərbaycanın “Junior Eurovison” mahnı müsabiqəsində 4-cü iştirakı olacaq. Ölkəmiz 2012-ci ildə “Eurovision-2012” mahnı müsabiqəsinə ev sahibliyi edib və həmin ildən də “Junior Eurovision” müsabiqəsinə qatılıb. Azərbaycan Amsterdam (2012), Kiyev (2013) və Minsk (2018) “Junior Eurovision” mahnı müsabiqələrində iştirak edib və 2013-cü ildə 7-ci yerdə qərarlaşıb.

Sona Əzizova “Junior Eurovision 2021” mahnı müsabiqəsində “One Of Those Days” manısı ilə çıxış edəcək. Müsabiqədə 19 ölkənin iştirakı gözlənilir. Müsabiqə Sena çayı üzərində Segun adasında “La Seine Musicale” konsert zalında keçiriləcək. Polşada Fransa təmsilçisinin mahnısının əks-sədası kimi “İmagine” (Təsəvvür et) Paris mahnı müsabiqəsinin şüarı müəyyən edilib. Bu şüarın yaradıcılığa, xəyala təhrikin zəmini olduğu bildirilir.

Qeyd edək ki, güclü səsə malik Sona Əzizova İTV televiziya kanalında keçirilmiş “Səs Uşaqlar” mahnı müsabiqəsində 2-ci yeri tutub.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.