DÜNYA


Jurnalist Camal Kaşıkçının qətlə yetirildiyi anın səs yazısı onun “Apple Watch” qurğusuna yazılıb

Bakı, 13 oktyabr, AZƏRTAC

Səudiyyə Ərəbistanının itkin düşmüş jurnalisti Camal Kaşıkçının dindirildiyi və qətlə yetirildiyi anın səs yazısı onun “Apple” saatının qeydiyyatına düşüb.

AZƏRTAC “Sabah” qəzetinə istinadla xəbər verir ki, Kaşıkçı Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunun binasına daxil olmamışdan əvvəl “iPhone” smartfonunu nişanlısına verib və “Apple” saatını səs yazısı rejiminə keçirib. Smartfon jurnalistin qolundakı “Apple Watch” ilə sinxronlaşıb. Nəticədə dindirilmə, işgəncə və qətlin səs yazısı avtomatik olaraq “iPhone” smartfonuna ötürülüb və sonra “Apple iCloud” proqramına yüklənib.

Səudiyyə Ərəbistanının kəşfiyyat nümayəndələri saatı jurnalistin qolunda gördükdən sonra oradakı məlumatları silməyə cəhd etsə də səs yazılarının bəziləri qorunub. Nəticədə qətlin baş verdiyi və cəsədin hissələrə bölündüyü məlum olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.