CƏMİYYƏT
Jurnalist Leyla Şahın “Azərbaycan xarici səfirlərin gözü ilə” adlı kitabı çap olunub
Bakı, 17 sentyabr, AZƏRTAC
Gənc jurnalist, yazar, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Leyla Şahın (Əsədullayevanın) “Azərbaycan xarici səfirlərin gözü ilə” adlı kitabı çap olunub.
Kitabda Fransa, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Misir, Argentina, Hindistan, Pakistan, Xorvatiya, Niderland, Çexiya və digər Avropa və dünya ölkələrinin hazırda Azərbaycanda fəaliyyət göstərən səfirlərinin, USAID, BMTİP kimi beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin hazırkı rəhbərlərinin müsahibələri yer alır.
Kitabdakı müsahibələr həm Azərbaycan, həm də ingilis dillərində yayımlanıb. Kitabın Azərbaycan dilindəki hissəsinin redaktoru tənqidçi Əsəd Cahangir, ingilis dilindəki hissəsinin redaktoru isə Maral Əsədullayevadır. Qeyd edək ki, bu, müəllifin ilk kitabıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [18:55]
Keniya “ASAN xidmət” konsepsiyası ilə maraqlanır
- 24.04.2024 [17:21]