Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Jurnalist Şəfəq Mehrəliyeva: Mənə jurnalistikanı öyrədən diplomat

Jurnalist Şəfəq Mehrəliyeva: Mənə jurnalistikanı öyrədən diplomat

Bakı, 4 oktyabr, AZƏRTAC

Oktyabrın 5-i Beynəlxalq Müəllimlər Günüdür. Bu münasibətlə AZƏRTAC-ın ABŞ-da keçmiş xüsusi müxbiri Şəfəq Mehrəliyeva 1993-2006-cı illərdə Azərbaycanın Birləşmiş Ştatlarda səfiri olmuş, hazırda xarici işlər nazirinin müavini, ölkəmizdə ilk ixtisaslaşmış diplomatik təhsil ocağının – “ADA” Universitetinin qurucusu, peşəkar diplomat, professor Hafiz Paşayev haqqında məqalə hazırlayıb. AZƏRTAC məqaləni təqdim edir.

X X X

Azərbaycan Dövlət İnformasiya Agentliyi dünyadakı müxbir postlarını genişləndirərkən, ABŞ-da yeni açılan xüsusi müxbir postuna təyin olunmuşdum. Jurnalistika karyeramı ölkə çərçivəsində fəaliyyət göstərən müstəqil media qurumunda başlamışdım - reportyor kimi çalışdığımız ərazi əsasən paytaxt idi. Ümummilli lider Heydər Əliyevin şəxsən mətbuata verdiyi önəmdən nümunə götürən istər hökumət, istərsə də qeyri-hökumət təşkilatlarının rəhbərləri jurnalistlərə açıq, səmimi və yardımçı idilər. Ezam edildiyim posta yollanarkən Vaşinqtonda da bənzər iş mühiti ilə qarşılaşacağımı düşünürdüm. Lakin ABŞ paytaxtının xəbərlər aləmi çoxşaxəli, reportyorluq qaydaları isə yerli siyasi sistemə uyğun idi. Məsələn, Bakıda hadisəni operativ şəkildə çatdırmaq üçün bir çox jurnalistlər yüksək səviyyəli rəsmilərin əzbər bildikləri cib nömrələrinə zəng edib məlumatı dəqiqləşdirə bilirdilər. Amerika idarələrində isə bütün ictimai əlaqələr qəti surətdə müvafiq şöbələr tərəfindən aparılırdı. Hərdən verdiyin suala cavabı bir-iki gün gözləməli olurdun və ya keçilməz divara çevrilən “no comment” (“şərhimiz yoxdur”) cavabı alırdın. Bu, ABŞ siyasi həyatı ilə yeni tanış olan xarici müxbirlərdə ruh düşkünlüyü yaratmağa, peşəkar qabiliyyətlərini sorğu-sual etməyə səbəb olurdu.

Yadımdadır, Çindən olan həmkarlarımdan biri ezam olunduğundan bir qədər sonra bu kimi çətinliklərə tab gətirməyib öz ölkəsinə qayıtmışdı. Mənim isə bəxtim daha çox gətirdi. Çünki ABŞ-da jurnalistliyi Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Hafiz Paşayevdən öyrəndim.

Ezam olunduğum ilk günü xatırlayıram. Azərbaycanın ABŞ-dakı səfirliyinə gedib səlahiyyətlərimə başladığımı bildirmək üçün səfirlə görüşmüşdüm. Həmin gün “Washington Post” da daxil olmaqla, bütün əsas qəzetlər ABŞ Konqresi Nümayəndələr Palatasının spikeri Dennis Hastertə yeni təyin olunan milli təhlükəsizlik məsələləri üzrə müşavir xanım Nensi Dorn barədə məqalələr dərc edib onun Amerika maraqlarına xidmət etdiyini sual edirdilər. Səbəb isə bu idi ki, xanım Dornun bir zamanlar çalışdığı hüquq firması Panama kanalının Atlantik və Sakit okeanlara çıxışındakı limanlarını maliyyələşdirən Çin şirkətinin maraqlarını qoruyurdu. Qəzetlərdə yaranan “səs-küydən” erməni lobbisi də dərhal yararlanmağa çalışmışdı: həmin hüquq firması Azərbaycanın maraqlarını təmsil etdiyinə görə erməni icması Nensi Dorna qarşı çıxır və ümumilikdə, Respublikaçılar Partiyasına prezident seçkiləri ərəfəsində sərt mesajlar göndərirdi. Halbuki, Azərbaycan səfirliyinin hüquq firması ilə əməkdaşlığına xanım Dornun heç bir aidiyyəti yox idi. Səfirlə söhbət etdikdən sonra məsələnin mürəkkəbliyi, eyni zamanda, kontekstdən çıxarılaraq ayrı-ayrı maraqlar üçün primitiv şəkildə istifadə edilməsi məni təəccübləndirmişdi. Bu barədə məqalə yazıb Bakıya göndərməmişdən əvvəl səfirə göstərmək istədim. Hafiz müəllimin qırmızı qələmlə gözucu redaktəsindən sonra məqaləmdən “qan axırdı”. Bu iradlar məsələnin işıqlandırılmasından daha çox Azərbaycan dilinin qənaətbəxş istifadə edilməməsi ilə bağlı idi. Həmin iş gününü bitirəndə mən özüm üçün bir nəticə çıxardım: mövcud bilik baqajım ABŞ xarici siyasətini anlamaq üçün kasaddır. Az bir zamanda sənədlərimi nüfuzlu Corc Vaşinqton Universitetinin beynəlxalq siyasət və tətbiq ixtisası üzrə fakültəsinə təqdim etdim və təhsil aldım. Bundan sonra Dövlət Departamentinin brifinqlərində haqqında söhbət açılan siyasi məsələləri anlamaq, onlarla Azərbaycan və bütün Avrasiyada baş verən hadisələr arasında təhlil aparmaq asanlaşdı, media üzvü kimi ABŞ-ın bölgə üzrə siyasətinə təsir etmək cəhdləri daha səmərəli oldu. Bütün bunlar baş verərkən səfir Hafiz Paşayev istənilən məqamda öz məsləhətlərini və mürəkkəb siyasət məsələlərində bələdçiliyini əsirgəmirdi.

Azərbaycanın xarici maraqlarını Vaşinqton gündəminə gətirmək, ikitərəfli münasibətlərin dinamikasını ictimai əlaqələr baxımından artırmaq, ABŞ hökumətinin siyasi addımlarının “azərbaycanpərəst” və ya “ermənipərəst” kimi sadəlövh prizmalardan qaçaraq, məhz “amerikanpərəst” olduğunu Azərbaycan ictimaiyyətinə çatdırmaq səylərimin daha istiqamətli və daha peşəkar olmasında Hafiz müəllimin rolu əvəzsiz idi. Bu təcrübə mənə anladırdı ki, “xarici müxbir” olmaq sitat və eksklüzivlər arxasınca qaçmaqdan daha geniş bir missiyanı - dayanmadan maariflənmək və maarifləndirməyi ehtiva edən bir işdir. Hafiz Paşayevin səfir kimi qarşısında duran vəzifələri diplomatik ustalıqla, müdriklik və səbirlə, Azərbaycan üçün ən taleyüklü məsələlərdə belə emosiyalara yer verməyərək soyuqqanlıqla yerinə yetirməsi onunla işləyən, təmasda olan hər kəs üçün böyük peşəkarlıq məktəbi idi.

Əməkdaşlığımız davam etdikcə, vaxtaşırı onun rəyini öyrənmək istədiyim məqalələrimdə qırmızı qələmlə etdiyi düzəlişlər azalırdı. Lakin yenə də onları heçə endirə bilmirdim. İxtisasca fizik olan bu diplomatın dilə nəyə görə bu qədər həssaslıqla yanaşdığını anlamaq çətin deyildi: adı “müəllim” sözü ilə həmahəng səslənən görkəmli alim, yazıçı, maarifçi və sevimli pedaqoq Mir Cəlalın ailəsində böyüyən Hafiz Paşayev Azərbaycan dilinin müqəddəs qorunduğuna, sözün qüdrətinin sərhədsiz olduğuna alışmışdır və hamıdan məhz belə yanaşmanı tələb edirdi. Səfirin sərt redaktəsindən çıxmış yazılarımıza utancla baxmaq azmış kimi, həmişə sakit və mülayim səslə söylədiyi “bunu adam dilində yaz” iradını eşitmək məsuliyyət hissimizi artırır, bizi yazılarımız üzərində daha çox çalışmağa vadar edirdi.

Görkəmli alim və yazıçı Mir Cəlal kimi dürüstlük, həqiqət, səmimiyyət vurğunu olan Hafiz Paşayev eyni tərəqqipərvər ruhun daşıyıcısıdır. Bu gün ölkənin ən aparıcı ali təhsil ocağının rəhbəri kimi onun şəxsi və pedaqoji keyfiyyətləri Azərbaycanın ali təhsilində yeni standartı formalaşdırır. Rektor Hafiz Paşayevin başçılığı ilə uğurla fəaliyyət göstərən “ADA” Universiteti fərqli akademik mühit yaratmaqla yanaşı, müəllim peşəsinin müqəddəsliyini də bərpa etmişdir. Burada çalışan müəllimlər tək elm öyrətmirlər, həm də müstəqilliyi gündən-günə möhkəmlənən Azərbaycan Respublikasının yeni vətəndaş nəslini tərbiyə edirlər. Tələbələrin burada aldığı başlıca dərs budur ki, peşəkarlıq, akademik əxlaq və dürüstlük dəyərləri, şərəf və məsuliyyətlə Vətənə xidmət və ona sevgi hər şeydən uca tutulmalıdır.

Deyirlər ki, müəllimin nüfuzu sərhədlərlə ölçülə bilinməyən sonsuza qədər yayıla bilər. Hafiz Paşayev məhz belə müəllimlərdəndir. Bütün dünya Beynəlxalq Müəllimlər Gününü qeyd edərkən, mənə jurnalistikanı öyrədən bu diplomata təşəkkürümü bildirirəm.

Şəfəq Akıfqızı

AZƏRTAC-ın ABŞ üzrə keçmiş xüsusi müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir VİDEO

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir

Tatarıstan Azərbaycanla birgə kimya sənaye müəssisəsinin yaradılmasında maraqlıdır

Aşqarlar Kimyası İnstitutuna yaradıcı gənclərin ekskursiyası təşkil olunub

Ramana qəsəbəsində iki nəfər dəm qazından zəhərlənərək ölüb

Abbas Abbasov: Azərbaycan neokolonializmlə bağlı xalqların mübarizəsini dəstəkləyir

Türkiyəli nazir: Bakıda keçiriləcək COP29 sessiyası bütün dünya üçün əhəmiyyətlidir

Naxçıvanın su təchizatının yaxşılaşdırılması məqsədilə memorandum imzalanıb