ELM VƏ TƏHSİL


Jurnalistika fakültəsinin tələbələri Türk Dünyası Sənədli  Film Festivalına iki film təqdim ediblər

Bakı, 13 sentyabr, AZƏRTAC

Türk Dünyası Qəzetəçilər Federasiyasının təşkilatçılığı, Azərbaycan Mətbuat Şurası və Bakı Dövlət Universitetinin (BDU) birgə dəstəyi ilə İstanbulda II Türk Dünyası Sənədli Film Festivalı münsiflər heyətinin növbəti toplantısı keçirilib.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, münsiflər heyətində bu ali məktəbi jurnalistika fakültəsinin dosenti Sevinc Əliyeva təmsil edib.

Münsiflər finala vəsiqə qazanmaq üçün yeddi ölkədən olan yarışma iştirakçılarının filmlərini dəyərləndiriblər.

Seçim turunda ümumilikdə 80-dək film izlənilib. Onlardan 60-ı peşəkar sinemaçılar, digərləri isə universitet tələbələrinin çəkdikləri sənədli filmlər olub. BDU-nun jurnalistika fakültəsinin tələbələri iki film təqdim ediblər

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.