İQTİSADİYYAT


Jurnalistlər arasında “Yaşayış evlərinin və mənzillərin icbari sığortası” mövzusunda məqalə müsabiqəsi elan edilmişdir

Bakı, 3 iyun (AZƏRTAC). Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidməti (DSNX) və Azərbaycan Sığortaçılar Assosiasiyası jurnalistlər arasında “Yaşayış evlərinin və mənzillərin icbari sığortası” mövzusunda məqalə müsabiqəsi elan edir.

DSNX-dan AZƏRTAC-a bildirilmişdir ki, müsabiqənin məqsədi əhali arasında yaşayış evlərinin və mənzillərin icbari sığortasının mahiyyətinin təbliği, bu sığorta növünün faydası barədə məlumatların cəmiyyətə çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaqdır.

Müsabiqəyə göndərilən məqalələr qəzet, jurnal və internet media saytlarında dərc olunmalı, 7 min çap işarəsindən az olmamalıdır. Məqalə Azərbaycan və ya rus dillərində, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi “qara siyahı”ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir.

Məqalələr KİV nümayəndələrinin vəsiqəsinin surəti ilə birlikdə iyunun 5-dən iyulun 10-dək DSNX-nın [email protected] elektron poçt ünvanına göndərilməlidir.

Qaliblərə pul mükafatlar təqdim ediləcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.