CƏMİYYƏT


“Jurnalistlər binası”nın qarşısında keçirilən ağacəkmə aksiyası zamanı 300 ağac əkilib

Bakı, 14 aprel, AZƏRTAC 

“Bu yaz özün bir təbiət yarat” devizi ilə keçirilən yaz ağacəkmə kampaniyası çərçivəsində növbəti aksiya aprelin 14-də “Jurnalistlər binası”nın qarşısındakı ərazidə təşkil olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aksiya zamanı nazirliyin tinglik sahələrində yetişdirilən müxtəlif cinsli 300 meyvə və şam ağacı əkilib.

Ağacəkmədə jurnalistlərlə yanaşı, nazirliyin əməkdaşları da iştirak ediblər.

Xatırladaq ki, kütləvi informasiya vasitələri nümayəndələrinin təşəbbüsü ilə payızda keçirilmiş aksiya çərçivəsində həmin ərazidə 200-dən çox ağac əkilmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.