CƏMİYYƏT


Jurnalistlər üçün onlayn formatda təşkil olunan təlimlər başa çatıb

Bakı, 15 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) tərəfindən jurnalistlər üçün xarici təlimçilərin iştirakı ilə onlayn formatda keçirilən təlimlərə yekun vurulub.

KİVDF-dən AZƏRTAC-a bildiriblər ki, “Jurnalistikada saxta xəbər problemi: “fake news” və “deep fake”” mövzusuna həsr olunmuş dördüncü onlayn təlim Türkiyənin tanınmış media təlimçisi – “TRT”, “Kanal D”, “Star TV” televiziya kanalları, habelə bir sıra qabaqcıl informasiya agentliklərində zəngin təcrübəyə malik jurnalist Bora Balar tərəfindən təqdim edilib.

Təlimdə müasir jurnalistikada saxta xəbər problemindən bəhs olunub, “fake news” və “deep fake” xəbərlərini müəyyən etməyin metodları barədə məlumat verilib, xəbər emalı zamanı diqqət tələb edən məqamlara aydınlıq gətirilib.

Sonra adıçəkilən mövzu üzrə media nümayəndələrinin sualları cavablandırılıb.

Qeyd edək ki, buna qədər media nümayəndələri üçün “Müasir dövrdə mətbuatın əsas funksiyaları: məlumat istehsalı və emalı”, “Rəqabətli xəbər istehsalı: xəbərin oxunaqlılığının artırılması” və “Müasir jurnalistika: rəqəmsal texnologiyalarla birlikdə dəyişən yeni dövrün jurnalistikası” mövzularında təlimlər təşkil olunub.

Ümumilikdə, KİVDF tərəfindən hər birində 25 nəfər olmaqda 4 təlim keçirilib. Təlimlərdə televiziya, radio, onlayn media, qəzet və jurnalları təmsil edən jurnalistlər iştirak edib. Respublikanın regionlarında fəaliyyət göstərən media nümayəndələri də təşkil olunan təlimlərdə xüsusi fəallıqları ilə seçiliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.