İQTİSADİYYAT
Jurnalistlər üçün sığorta bazarına dair maarifləndirici seminar keçiriləcək
Bakı, 19 iyun, AZƏRTAC
Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP), İcbari Sığorta Bürosu (İSB) və Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) iyunun 24-də KİV nümayəndələri üçün sığorta bazarı haqqında maarifləndirici seminar keçirəcək.
İSB-dan AZƏRTAC-a bildirilib ki, dialoq formasında keçirilən seminarda iştirakçılar sığortanın mahiyyəti, növləri, sığorta riskləri, təkrar sığorta, bazardakı mövcud durum və gələcək layihələr barədə məlumat əldə edə və onları maraqlandıran suallara cavab tapa biləcəklər. Seminar MBNP və İSB-in ekspertləri tərəfindən keçiriləcək. Seminardan sonra iştirakçıların sığorta şirkətlərinə və MBNP-yə ekskursiyası təşkil olunacaq.
Yekunda iştirakçılara sertifikatlar təqdim ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]