İDMAN


Jurnalistlər və futbol veteranları arasında yoldaşlıq görüşü keçiriləcək

Bakı, 29 sentyabr, AZƏRTAC

Tofiq Bəhramov adına Respublika stadionunun 70 illik yubileyi münasibətilə jurnalistlər və futbol veteranları arasında yoldaşlıq görüşü keçiriləcək.

Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sentyabrın 29-da Respublika stadionunun süni örtüklü meydançasında təşkil olunacaq oyunda futbol veteranları AİJF-nin yığma komandası ilə üz-üzə gələcəklər.

Matç saat 19:00-da start götürəcək.

Qarşılaşmadan sonra mükafatlandırma mərasimi keçiriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.