REGİONLAR


Jurnalistlərin Avropa İttifaqının ölkəmizin regionlarında həyata keçirdiyi layihələrlə tanışlığı davam edir

Qəbələ, 9 iyun, AZƏRTAC

Media təmsilçilərinin Avropa İttifaqının ölkəmizin regionlarında həyata keçirdiyi layihələrlə tanışlığı davam edir.

AZƏRTAC xəbər verir ki, jurnalistlərin növbəti dayanacağı Qəbələ rayonu olub. İyunun 9-da media nümayəndələri Avropa İttifaqının Qəbələdə həyata keçirdiyi “Azərbaycan regionlarında dayanıqlı mikrosahibkarlığın inkişafının sürətləndirilməsi” layihəsi ilə tanış olublar.

Layihənin əsas məqsədi regionlarda yaşayanlar üçün yeni iş imkanlarının yaradılmasını dəstəkləmək məqsədilə mikrosahibkarlığın inkişaf etdirilməsi, eyni zamanda, Gəncə-Qazax, Quba-Xaçmaz, Şəki-Zaqatala, Kür-Araz(Aran) iqtisadi zonalarında insanların sahibkarlıq bacarıqlarının təkmilləşdirilməsi, bazar imkanlarının genişləndirilməsi, kəndli mikrosahibkarların bilik və bacarığının artırılmasıdır.

Qeyd edilib ki, Avropa İttifaqı bu layihənin həyata keçirilməsi üçün 400 min avrodan çox vəsait ayırıb.

Sonra "Məsləhət xidmətləri vasitəsilə aqrobiznes sahibkarlığın və ərzaq məhsullarının istehsalının təşviqi və yeni dəyər zəncirlərinin yaradılması, aqroturizmin inkişafı" layihəsi ilə tanışlıq olub.

Diqqətə çatdırılıb ki, layihə yerli məhsul istehsalının gələcəkdə daha da inkişaf etdirilməsi məqsədi daşıyır. Eyni zamanda, bu məhsulların satılması və aqrar turizm potensialından səmərəli istifadə üçün hərtərəfli kənd təsərrüfatı və sahibkarlıq yönümlü məsləhət xidmətlərinə çıxış imkanlarının yaxşılaşdırılması nəzərdə tutulub. Avropa İttifaqı layihənin həyata keçirilməsinə 500 min avrodan çox maliyyə yardımı göstərib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.