SİYASƏT
KƏDƏRİMİZ SONSUZDUR
Dünya azərbaycanlılarının Bakıda qurultaylarının keçirilməsi, ümummilli liderimiz Heydər Əliyevin xarici ölkələrə səfərləri zamanı soydaşlarımızla keçirdiyi səmərəli görüşlər, verdiyi müdrik tövsiyələr Azərbaycanın diaspor tarixinin ən parlaq səhifələridir. Biz bütün türk dünyasının böyük oğlunun xatirəsini həmişə əziz tutacaq, onun amallarını yaşadacaq, doğma Azərbaycanımızın çiçəklənməsi üçün gördüyü işləri uğurla davam etdirəcəyik.
Bu ağır gündə xalqımızın kədərinə şərik çıxır, Prezidentimiz İlham Əliyevə Allahdan səbr diləyir, dərin hüznlə başsağlığı veririk. Bu əvəzsiz itgi bizi sarsıtsa da, inamımızı, ümidimizi qıra bilməmişdir. Ona görə ki, Azərbaycan dövlətinin sükanı Heydər Əliyevin inandığı, etimad və ümid bəslədiyi siyasi xadimin – İlham Əliyevin əlindədir.
Allah hamımızın sevimlisi, iftixarı və əbədi lideri Heydər Əliyevə rəhmət eləsin.