SİYASƏT
KƏDƏRİMİZ SONSUZDUR
Azərbaycan xalqının müdrik oğlu, zəmanəmizin görkəmli dövlət xadimi Heydər Əliyevin vəfatı Bərdə əhalisinin də sonsuz kədərinə səbəb olmuşdur. Qarabağın tanınmış seyidi, el ağsaqqalı Seyid Yusif Ağa Abbasov öz kədərini AZƏRTAC-ın müxbiri ilə söhbətində belə ifadə etmişdir: “Biz həmişə xalqımızın xilaskar oğlu, dövlətçiliyimizin milli lideri Heydər Əliyevi ürəkdən sevmiş, onun dəst-xəttini bütünlüklə bəyənmişik. Biz bu böyük insanın Bərdəyə və bərdəlilərə qayğı və diqqətini daim hiss etmişik.
Kədərimiz böyükdür. Bunu sözlə ifadə etmək çox çətindir. Böyük itkiyə görə bütün xalqımıza başsağlığı verirəm. Allah rəhmət eləsin. Müstəqil Azərbaycanımızın qurucusu, xalqımızın böyük oğlu Heydər Əlirza oğlu Əliyevin əziz xatirəsi həmişə qəlbimizdə yaşayacaqdır”.