ELM VƏ TƏHSİL
KALİFORNİYA UNİVERSİTETİNİN PROFESSORU QƏRB UNİVERSİTETİNİN FƏXRİ DOKTORUDUR
Yığıncaqda bildirildi ki, professor Qreqori Yanq ölkəmizə ABŞ Dövlət Departamentinin “Fulbrayt” proqramı çərçivəsində gəlmişdir. Proqramın məqsədi Amerika ali məktəblərinin təcrübəsini dünyada yaymaqdır.
Akademik Urxan Ələkbərov iclasda çıxış edərək dedi ki, respublikamızda onlarca yeni ixtisas ilk dəfə məhz bu ali məktəbdə tədris edilməyə başlamış, fəal beynəlxalq əlaqələr isə onun intensiv və dinamik inkişafına kömək göstərmişdir.
Qreqori Yanq bu ali məktəblə yaxından tanış olmağa imkan yaratdıqlarına görə ABŞ-ın Bakıdakı səfirliyinə və Qərb Universitetinin rəhbərliyinə təşəkkür edərək bildirdi ki, hüquq və arbitraj hüququ elmlərinin beynəlxalq iqtisadi münasibətlər əsasında hərtərəfli öyrənilməsi onun fəaliyyətinin əsas istiqamətidir. O dedi: ”Bu görüşə gəlməzdən əvvəl mən “Xarici sərmayələr haqqında” Azərbaycan Respublikası Qanununu təhlil etdim və mühazirələr zamanı tələbələrin bilik səviyyəsi məndə xoş təəccüb hissi doğurdu. Ümumiyyətlə, Qərb Universiteti məndə yaxşı təəssürat oyatmışdır”.
Sonda Qreqori Yanqa Qərb Universitetinin fəxri doktoru diplomu və xatirə hədiyyəsi təqdim olundu.