KAMAL ABDULLANIN ROMANI FRANSIZ DİLİNDƏ ÇAP OLUNMUŞDUR
AzerTAg.az
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Bakı Slavyan Universitetinin rektoru professor Kamal Abdullanın “Yarımçıq əlyazma” tarixi romanı Fransanın “Harmatan” nəşriyyatı tərəfindən bu günlərdə kütləvi tirajla fransız dilində çap olunmuşdur.
Fransa Şərq Dilləri və Mədəniyyətləri Sivilizasiyası Universitetinin professoru Klod Alber kitaba maraqlı ön söz yazmışdır. O, romanın məziyyətlərindən söhbət acmış, sirli Şərq aləmini tanıtmaqda əsərin rolunu vurğulamışdır.
Klod Alber romanı mədəni tarixdən bəhs edən kitab kimi təqdim etmiş, sonda müəllifin qısa tərcümeyi-halını vermişdir.
Əsəri fransız dilinə İzabel Rişar və həmyerlimiz Firuzə Bayramlı tərcümə etmişlər.
Kamal Abdullanın əsərinin Fransada nəşri Azərbaycan xalqının qədim tarixi, adət-ənənələri, həyat tərzi barədə fransız oxucularına ətraflı məlumat vermək, ölkəmiz haqqında təsəvvür yaratmaq baxımdan çox əhəmiyyətlidir.
Xəbərin mətnində orfoqrafik səhv var