KANADANIN BAŞ NAZİRİ HİCAB ÖRTÜLMƏSİNƏ ZƏMANƏT VERMİŞDİR
AZƏRTAC-ın xarici informasiya agentliklərindən aldığı xəbərə görə, Kanadanın Baş naziri Pol Martin ölkənin Amerika-İslam Münasibətləri Şurasına (AİMŞ) məktubunda Kanadada yaşayan müsəlman qadınları əmin etmişdir ki, onların hər zaman, o cümlədən daimi sakin vəsiqəsi üçün fotoşəkil çəkdirərkən, hicab örtməsi hüquqları pozulmayacaqdır.
Bu bəyanat bir neçə qadın daimi sakin vəsiqəsi üçün şəkil çəkdirdikləri zaman baş örtüklərini açmağa məcbur edildikləri barədə şikayət verdikdən sonra qəbul olunmuşdur.
AİMŞ-in sədri Əbdürəhman Salman demişdir: “Biz Baş nazirin az öncə Kanadaya mühacirət etmiş bir çox insan üçün olduqca vacib və mühüm bir məsələyə aydınlıq gətirən bu bəyanatını dəstəkləyirik”.